Dəhşətli təyyarə qəzası ilə bağlı MÜHÜM FAKT - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:14
"Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsinin qəzaya uğramasının ehtimal edilən səbəbkarı Andres Lubitsan təyyarənin qəzaya uğradığı gün xəstəlik məzuniyyətində olub. Trend xəbər verir ki, bu barədə məlumatı "TASS" yayıb.
"Reuters" agentliyinin məlumatına əsasən isə, A.Lubitsan xəstə olduğunu işlədiyi aviaşirkətin rəhbərliyindən gizlədib. Məlumatda həmçinin bildirilir ki, A.Lubitsanın hərəkətlərində siyasi və ya dini motivlər olmayıb.
----------
09:27
Fransada "А320" təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən 28 yaşlı pilot Andreas Lubits ümumilikdə 1,5 il psixiatr tərəfindən müalicə alıb.
APA-nın "TASS"a istinadın verdiyi xəbərə görə, bu barədə Almaniyanın Bild nəşrinə Lufthansa şirkətindəki mənbələr bildirib.
Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.
O, köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.
Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb. Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.
Xatırladaq ki, Spiegel nəşri bir qədər əvvəl Andreas Lubitsin depressiyadan əziyyət çəkdiyini qeyd edib. "4U9525 saylı reysin ikinci pilotunun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsilinə fasilə verib", - deyə jurnalist pilotun dostlarına istinadən bildirib.
Müəyyən müddətdən sonra Lubits "Lufthansa"nın təlim mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.
"Bild"in məlumatına görə, təhsildə fasiləyə səbəb gələcək ikinci pilotda psixi problemlərin yaranması olub. Məlumata görə, məhz dəfələrlə baş verən depressiyalara görə "Lufthansa" təlim mərkəzində (Feniks, ABŞ) Andreas Lubitsin təhsillə bağlı ciddi problemləri olub. O, hətta bir müddət "uçuşa qeyri-yararlı" kateqoriyasına da daxil edilib. Nəşrin məlumatına görə, Andreas Lubitsdə psixi problemlərin olmasını daha bir fakt təsdiqləyir. Belə ki, onun Almaniya Federal Mülki Aviasiya Xidmətindəki şəxsi işində "xüsusi və müntəzəm tibbi müayinəyə ehtiyaclı" kimi qeyd var. Analoji qeydin Andreas Lubitsin pilot lisenziyasında da olduğu qeyd edilir.
Nəşr, həmçinin "А320" təyyarəsinin göyərtəsində qəzadan əvvəl baş verənlərin bəzi təfərrüatlarını əldə edib. "Bild" qeyd edir ki, kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





