İtmiş təyyarənin sirri böyüyür - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziyanın "Air Asia" aivaşirkətinin QZ 8501 reysi ilə İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan "Airbus A320-200" sərnişin təyyarəsinin axtarışları davam edir.
Göyərtəsində 162 sərnişin, o cümlədən 17 uşaq olan təyyarə dekabrın 28-də radarlardan itib.
Milli.Az CNN-ə istinadən bildirir ki, İndoneziyanın axtarış-xilasetmə xidmətləri "Air Asia" təyyarəsinin okeana düşdüyü güman olunan bölgədə tüstünün görünməsi ilə bağlı xəbərləri araşdırır.
Xilasetmə missiyasının operativ direktoru Maks Rulandın dediyinə görə, axtarışlar aparılan akvatoriyaya iki "Cessna" təyyarəsi göndərilib: "Axtarış zonası da böyüdülüb və indi sahə baxımından Kaliforniya ştatından artıqdır".
Axtarış missiyasının rəhbəri Henri Bambanq Solistio bəyan edib ki, təyyarənin okeana düşdüyü və suyun dibində olduğu güman olunur. Bununla yanaşı, okeandakı adaların ətrafında da axtarışlar aparılır.
Bu gün axtarışlara ABŞ-ın Hərbi-Dəniz Qüvvələri də qatılacaq. Bu məqsədlə axtarış zonasına "Sampson" minadaşıyan gəmisi göndəriləcək.
"Airbus A320-200" təyyarəsinin pilotları dispetçerlərlə son əlaqə zamanı 2 min metr yüksəkliyə qalxmaq üçün icazə istəyiblər. İndoneziyanın avianaviqasiya xidməti ilk əvvəl manevrə dərhal icazə versələr də, sonra ləğv ediblər. Çünki həmin yüksəklik eşelonunda başqa təyyarə vardı.
Bu danışıqdan dərhal sonra "Air Asia" layneri ilə əlaqə kəsilib.
Əsas versiya təyyarənin qəzaya uğrayaraq İndoneziyanın Belitunq adasının yaxınlığında Yava dənizində batmasıdır. Yava dənizində təyyarə qalıqlarına bənzər əşyalar da tapılıb. Bundan başqa, partlayış zamanı yarandığı söylənən yağ və yanacaq ləkələri ilə bağlı xəbərlər yoxlanılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
















































DİGƏR XƏBƏRLƏR
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)





