Malayziya təyyarələrinin yoxa çıxması: təsadüf, mistika, yoxsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 28-də səhər saatlarında Malayziyaya məxsus təyyarənin yoxa çıxması barədə xəbərlər yayıldı.Ədalət Əliyev: "Hadisələrdə kənar müdaxilənin olduğunu düşünmürəm"; Firudin Qurbansoy: "Bir neçə ildən sonra o təyyarələr üzə çıxacaq"
İçərisində 162 insanın olduğu "Air Asia" şirkətinin təyyarəsi İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radarlardan itib.
Günorta saatlarında isə Malayziya təyyarəsinin tapıldığı barədə xəbərlər yayıldı. Yayılan xəbərdə göstərilirdi ki, radarlardan itmiş mülki sərnişin təyyarəsi hava burulğanına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb.
Qeyd edək ki, bu ilin martında da buna bənzər hadisə yaşanmışdı.
Martın 8-də Malayziyaya məxsus təyyarə paytaxtın Kuala-Lumpur şəhərindəki beynəlxalq limanından səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı. İndiyə qədər keçən müddət ərzində hələ də itən təyyarədən xəbər yoxdur.
Bundan əlavə, yayda Donbasda, Ukrayna səması üzərində başqa bir Malayziya sərnişin təyyarəsi vurulmuş, nəticədə 300-ə yaxın insan həlak olmuşdu.
Maraqlıdır ki, bu il baş verən müəmmalı təyyarə qəzalarında yalnız Malayziyanın adı hallanır. Çoxları bu hadisənin qəsdən törədildiyini iddia edirlər. Təsadüfi olduğunu düşünənlər də az deyil. Proseslərin kökündə mistikanın dayandığını ehtimal edənlər də mövcuddur.
"AZAL"-ın sabiq prezidenti Ədalət Əliyev baş verən hadisələrin yalnız təyyarənin nasazlığı ucbatından baş verə biləcəyini bildirdi: "Mən heç bir kənar müdaxilənin olduğunu düşünmürəm. Təyyarənin nasazlığı ucbatından baş verə bilər. Heyətin səhvinin olduğu ehtimalı da var. Biri okeana düşüb tapılmır. Bugünkü isə hansısa səbəb ucbatından baş verib. Yəqin ki, tam təfsilatı ilə məlum olacaq. Başqa kənar müdaxilə olduğuna inanmıram. Ukraynada kənardan müdaxilə olmuşdu. Ruslar vurmuşdular. Təyyarənin gövdəsi görünürsə, ola bilsin ki heyətin səhvindən, yaxud nasazlıqdan baş versin. Hansı əraziyə düşübsə, orada vura da bilərlər".
Tanınmış astroloq Firudin Qurbansoy bu hadisədə mistikanın olmadığını söylədi: "Keçən əsrin ortalarında xüsusi bir sistem qurulmuşdu. O sistemlə indiki sistem mövcud fizika qayda-qanunlarına tabe deyil. Sadəcə, bədbəxt ölkə kimi Malayziya ortaya çıxıb. Təyyarələrinin başına bu cür oyunlar gətirilir. Başqa ölkələr olsa, səs-küy çıxardı. Burada qeyri-adi heç nə yoxdur. Bir neçə ildən sonra o təyyarələr üzə çıxacaq".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
XƏBƏR LENTİ
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)





