Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malayziyaya ikinci təyyarə şoku - YENİLƏNİB - VİDEO
28 Dekabr 2014 17:17
1 Şərh
Baxış: 10 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:17
Air Asia şirkətinə məxsus Airbus A320-200 təyyarəsinin axtarışları artıq gecə düşdüyü üçün dayandırılıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə News Asia xəbər yayıb.
"QZ8501 reysinin heç bir izi aşkarlanmayıb. Axtarışlar qaranlıq səbəbindən dayandırılıb", - İndoneziya Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.
Axtarışların sabah yerli vaxtla saat 6:00-da (Bakı vaxtı ilə saat 3:00), hətta hava yaxşı olarsa, daha tez başlanacağı deyilir.
---------
15:04
Bu gün okeanda itən Malayziya təyyarəsi barədə maraqlı məlumatlar gəlməkdə davam edir.
Milli.Az Day.Az-a istinadən bildirir ki, hazırda İndoneziyanın Nəqliyyat Nazirliyi itən Airbus-un yerə enməsi barədə məlumatları yoxlayır. Bu barədə Detik.com xəbər yayıb.
Portalın məlumatına görə, Airbus 300-216 təyyarəsində olan sərnişinlərdən birinin qohumu bütün insanların sağ olduğu və təyyarənin qəza enişi etdiyi yazılan mesaj aldığını deyib.
İndoneziyanın hakimiyyət dairələri Airbus 320-216-nın qalıqlarının tapıldığı barədə xəbərləri təkzib edir. Bu barədə The Age nəşrinin müxbiri Maykl Baçelard Twitter səhifəsində yazıb.
"Yerli xilasetmə xidmətlərinin Air Asia təyyarəsinin qalıqlarını tapdıqları barədə hesabatları doğru deyil", - məlumatda bildirilir.
---------
12:39
Belitunq adasının yaxınlığında Air Asia-ya məxsus Airbus A320-200 təyyarəsinin füzelyajının qalıqları tapılıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Asia One portalı xəbər yayıb.
İndoneziyanın axtarış və xilasetmə xidməti Basarnas həmin qalıqların məhz QZ8501 reysinə aid olduğunu təsdiqləməyib.
Basarnas Malayziyanın Airbus A320-200 təyyarəsi Belitunq adasında 145 km aralıya düşmək ehtimalını doğru sayıb.
Airbus A320-200-də olan sərnişinlərinin qohumları İndoneziya aeroportlarından birinə toplaşıblar.
Air Asia şirkəti təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını dəqiqləşdirib.
Bu barədə şirkət özünün Facebook səhifəsində məlumat yayıb.
Şirkətin məlumatına görə, təyyarədə 1 Sinqapur, 1 Malayziya, 1 Fransa, 3 Cənubi Koreya və 156 İndoneziya vətəndaşı olub.
Bir müddət öncə Sinqapur aviasiyası məlumat yaymışdı ki, Airbus A320-200, "çox güman ki", Belitunq yaxınlığında suya düşüb. Laynerin göyərtəsində 7 ekipaj üzvü və 155 sərnişin, o cümlədən 17 uşaq olub.
Astroawani-nin bəyanatına görə, Air Asia-nın qəzaya uğrayan təyyarəsini yanacağı qurtarıbmış. Bu barədə indoneziyalı məurlar mətbuat konfransında bildiriblər.
----------
12:10
İndoneziya Air Asia aviaşirkətinin təyyarəsinin düşməsi ehtimal olunan yerə iki helikopter və altı xilasetmə gəmisi göndərib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, xəbəri yerli Jakarta Globe qəzeti yayıb.
--------
10:13
Radarlardan itmiş Malayziyanın Air Asia şirkətinin təyyarəsi hava burulğanlığına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Milli axtarış-xilasetmə xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Supriandi Minqqu bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə komandası artıq Belitunq adasına yollanılıb.
---------
09:41
Malayziyanın Air Asia şirkətinin təyyarəsi pis hava şəraitinə görə Belitunq adasının yaxınlığında suya düşüb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər yazır.
Xatırladaq ki, bazar günü göyərtəsində 162 nəfərə yaxın insan olan təyyarə ilə əlaqə kəsilib.
Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.
İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.
---------
09:11
Malayziyanın Air Asia şirkətinin təyyarəsi ilə bazar günü əlaqə kəsilib, onun göyərtəsində 162 nəfərə yaxın insan olub. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə İndoneziyanın Metro TV telekanalı xəbər verir.
İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziya Air Asia şirkətinin təyyarəsi ilə aviadispetçer xidməti əlaqəni itirib. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.

Milli.Az
---------
12:29
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
XƏBƏR LENTİ
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO