Mer və arvadı 43 tələbəyə divan tutdular - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksikada səngimək bilməyən iğtişaşlar və etiraz aksiyaları fonunda ölkədə çox böyük rezonans doğurmuş cinayətlə bağlı istintaq gedir.
İstintaqda İquala şəhərinin meri, onun arvadı və polis zabitləri ağır cinayətlərdə suçlanırlar.
Onlar 43 tələbəni oğurlayaraq qətlə yetirməkdə də ittiham olunurlar.
Milli.Az CNNMexico.com-a istinadən bildirir ki, İquala şəhərinin artıq sabiq meri Xose Luis Abarka və onun arvadı Mariya de Los Anheles Pineda şəhərdə tələbələrin etiraz aksiyasını qan içində boğmaqla bağlı əmr verməkdə suçlanırlar.
Şəhər meri tələbələrin etiraz aksiyasının onun arvadına İqualanın mərkəzi meydanında tədbir keçirməyə mane olacağını düşünürmüş.
O, 2013-cü ilin iyunundakı olayların təkrarlanacağından çəkinirdi. Herrero ştatındakı 3 iri şəhərdən biri İqualada tələbələr ötən il genişmiqyaslı etiraz aksiyaları keçirmişdilər.
Mer və onun arvadı ilə yanaşı, İqualanın polis rəisi Felipe Flores, onun müavini Kokula Sezar Nava və 20 polis zabiti də həbs olunublar.
Prokurorluqdan verilən məlumata görə, hökmranlığı və ötkəmliyi ilə ad çıxarmış Mariya Pineda "dikbaş, tərbiyəsiz" tələbələri cəzalandırmağı tələb edib. O, polis rəisinə "O murdarları cəzalandırın!" əmri veribmiş.
43 tələbənin oğurlanaraq qətlə yetirilməsi Meksikada qəzəb doğurub. İquala ilə yanaşı, ölkənin bir çox şəhərlərində mitinq və yürüşlər keçirilib.
Meksikanın baş prokuroru Hesus Murilyo Karamın dediyinə görə, İqualanın meri və onun arvadı "Gerreros Unidos" ("Sıx birləşmiş döyüşçülər") narkokarteli ilə əlaqədə olublar. Merin arvadı bu kartelin rəhbəri Salomon Pinedanın bacısıdır.
İquala şəhərində polislərin 43 tələbəni narkomafiya mənsubları ilə birlikdə oğurlayaraq qətlə yetirdikləri də güman edilir. Çünki polislərin oğurladıqları tələbələrin cəsədləri şəhər kənarındakı "xəndək-məzar"larda tapılıb. Narkokartellər qurbanlarını həmişə belə xəndəklərdə basdırırlar.
İquala polisinin 22 əməkdaşı artıq ifadə verməyə başlayıb. Onların dediklərinə görə, oğurladıqları tələbələri "Gerreros Unidos"un liderlərindən biri Sidronio Kassarubias Salqadoya təhvil veriblər.
"Tələbələrin etirazlarına son qoyulması barədə əmri rasiya ilə aldıq. Əmri "A5" çağırış adlı adam vermişdi. Bu adam isə İquala meridir", - polis əməkdaşları deyiblər.
Sidronio Salqado və onun qardaşı, "Gözəl qurbağa" ləqəbli Mario ABŞ-ın Çikaqo şəhərinə heroinlə marixuana göndərilməsi marşrutlarının əksəriyyətinə nəzarət edirdilər.
Sentyabrın 26 və 27-də İquala şəhərində keçirilmiş etiraz aksiyalarında qonşu Ayotsinapa şəhərindəki Raul İsidro Burqos adına kollecin tələbələri də iştirak etmişdilər.
Bu kollecin tələbələri arasında solçuluq meylləri çox güclüdür. İqualanın sabiq meri isə həmin tələbələrə çoxdan nifrət edirdi.
Polislərlə narkomafiya mənsubları əvvəlcə İqualadan Ayotsinapaya qayıdan 80 tələbənin olduğu avtobusu atəşə tutublar.
Gecə yarısında isə İquala-Çilpansinqo federal trasında futbol komandasını daşıyan avtobus səhvən gülləbaran olunub. Avtobusda 200 güllə yeri vardı. Nəticədə 4 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdı.
İki şəhərdə 67 tələbə oğurlanmışdı və onların 24 nəfəri cəllad polislərlə narkomafiyadan qurtula bilmişdi.
Yerdə qalan tələbələrin Pueblo-Viehoda xəndəkdə dəfn olunduqları vurğulanır.
İquala şəhərinin polisi bütünlüklə tərksilah olunub. Şəhərə hərbçilər yeridilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.











DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





