Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Roma papası: "Allah sehrbaz deyil..."
30 Oktyabr 2014 19:04
0 Şərh
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Roma Papası Fransis Elmlər Akademiyasına müraciətində mütərəqqi, lakin təxribat kimi də qiymətləndirilə biləcək bəyanatlar vermək xasiyyətini davam etdirib.
Müqəddəs ata Vatikana toplaşmış auditoriyasına deyib ki, kainatın yaranması barədə "Böyük partlayış" ("Biq Bang") nəzəriyyəsini və təkamülə dair elmi nəzəriyyələri qəbul edir.
Papa bildirib ki, bütün bunları qəbul etmək Allaha inanmaqla heç bir ziddiyyət təşkil etmir.
"Biz yaradılış haqqında genezisi oxuyanda belə bir yanlış təsəvvürə gələ bilərik ki, guya Allah sehrbazdır və öz sehrli çubuğu ilə hər şeyi etməyə qabildir. Lakin bu, belə deyil. O, insan məxluqlarını yaradıb və onların hər birinə yerinə yetirilməsi üçün daxili qanunlar verərək inkişaf imkanı yaradıb" - deyə Fransis bildirib.
Bu bəyanatla Papa, həmçinin insanın meymundan yaranmasına dair cəncəlli məsələdən yan ötüb. Ateistlər deyirlər ki, kainatın "Böyük partlayış"dan doğduğunu qəbul edəndə Allaha ehtiyac qalmır.
Əlbəttə, Roma Papası bu mülahizə ilə razılaşmır, sadəcə olaraq Allahın sehrbaz olmadığını söyləyir.
"Allah ilahə qüvvə və ya sehrbaz deyil, lakin hər bir şeyə həyat vermiş Yaradandır. Təbiətin təkamülü yaradılış anlayışı ilə ziddiyyət təşkil etmir, çünki təkamülün özü də təkamül olunacaq şeylərin varlığını tələb edir" - deyə Roma Papası bildirib.
Mətbuat yazır ki, belə bir düşüncə tərzi Katolik Kilsəsində yenilik deyil və katolik keşişləri Papa XVI Piusdan bu yana 6 əsr ərzində ilahi təkamül ideyasını qəbul ediblər. Lakin bu təkamül, əlbəttə, Ali Qüvvənin varlığının qəbul olunması ilə birlikdə məqbul sayılıb. Başqa sözlərlə, insanın yaradılması Allahın iradəsi ilə baş verib və o, ayrılıqda təkamül prosesinin məhsulu sayıla bilməz.
"Azadlıq" radiosu

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye