Erməni general evində azərbaycanlı əsir saxlayırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Istefada olan general, Qarabağ müharibəsi iştirakçısı Manvel Qriqoryan Azadlıq Radiosunun erməni xidmətinə deyib ki, müharibədən sonra evində azərbaycanlı əsir saxlayırmış. Onun bu etirafı Ermənistanda insan haqları müdafiəçilərinin narazılığını doğurub. Onların fikrincə, general əsirlər haqda Cenevrə konvensiyasını pozub.
Milli.Az "Azadlıq" Radiosuna istinadən bildirir ki, Manvel Qriqoryan 2000-2008-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini olub.
Manvel Qriqoryan müsahibədə demişdi ki, müharibədən Ermənistana yüzlərlə əsirlə qaydıb. "Simon adlı əsiri evdə saxlayırdım. 4 il saxlamışam: 2 il Mardakertdə, 2 il Ermənistanda. Sonra Qırmızı Xaça verdim. Onu apardılar və təhvil verdilər. Çünki onun anası, bacısı, nişanlısı vardı. O qayıtmağı çox istəyirdi. Mən də buraxdım".
Müxbir deyəndə ki, Simonun 15-16 yaşı vardı, Manvel Qriqoryan razılaşmayıb: "O, Xüsusi təyinatlı idi. Təlim keçmiş döyüşçü idi. Düzdür, 15 yaşı vardı, ancaq xüsusi təlim keçmiş dəstələrdən idi. Onu çətinliklə əsir götürmüşdülər".
Müxbir soruşub ki, Simon adını ona generalın özümü verib? Və niyə məhz Simon? Qriqoryan deyib ki, "Bəli, Simonian Simon. Bəs kim verməli idi? Ona Alievian Aliev adını verə bilməzdim ki!?"
Cenevrə konvensiyasına görə, vuruşan tərəflər əsirlər məsləsini nəzarətdə saxlamalıdır. Şəxsi adamlar əsirləri evlərində və ya başqa belə yerlərdə saxlaya bilməzlər.
Ermənistan Cenevrə konvensiyasına 1992-ci ildə qoşulub.
İnsan haqları müdafiəçisi Larisa Allahverdian deyir ki, heç kimin əsiri evində saxlamağa haqqı yoxdur.
Əgər o, əsiri Eçmiədzindəki evində 2 il saxlayıbsa, onda o, beynəlxalq hüququ, Cenevrə konvensiyasını pozub.
Qarabağ müharibəsi dövründə əsirlərin dəyişdirilməsi ilə məşğul olan Allahverdiyanın sözlərinə görə, o vaxtlar Azərbaycan və Erməni tərəfi əsirləri saxlayırdılar ki, əks tərəfdə əsirlikdə olan qohumları ilə dəyişsinlər.
Allahverdianın sözlərinə görə, müharibə qurtaranda o və başqa hüquq müdafiəçiləri o vaxtki prezident Ter-Petrosiana müraciət etdilər ki, əsirlərin geri qaytarılması məsələsini dövlət nəzarətinə götürsün. Ter-Petrosianın əmri ilə bu, belə də oldu.
Qriqoryanın evdə əsiri 2 il saxlamasının hüquqi nəticələri olacaqmı? Baş prokurorluq və Xüsusi İstintaq İdarəsi bildirir ki, bu məsələyə baxılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada FTX generalı yanacaq oğurluğuna görə saxlanıldı
-
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı, oğlu infarkt oldu
-
Dünyada mazut qıtlığı gözlənilir - Səbəb
-
Lavrov Qərbi Rusiyanı qarət etməkdə ittiham etdi
-
Meksikada kilsədə güclü partlayış: 10 ölü, 81 yaralı - (Video)
-
İndoneziyada bazarda güclü yanğın: Ölənlər var
XƏBƏR LENTİ
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
Xalq artistlərinin səmimi görüşü - (Video)
-
Anar Məmmədli və Anar Abdullayevə hökm oxunub
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Rusiyada FTX generalı yanacaq oğurluğuna görə saxlanıldı
-
Qumralın ailəsində xoş gün - (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Şahin Qasımov vəfat etdi
-
Zaur Şəbnəm Tovuzlunun sözlərini belə lağa qoydu – (Video)
-
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
-
Qubada kanaldan meyit tapıldı
-
“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
-
Azərbaycanda hava ilə bağlı son məlumat - Yenilənib
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı, oğlu infarkt oldu
-
Dünyada mazut qıtlığı gözlənilir - Səbəb
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)





