Dünya

Əfqanıstan prezidenti bu gün and içəcək

29 Sentyabr 2014 09:10
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əşrəf Qəni 3,5 aydır davam edən siyasi böhrandan sonra səlahiyyətlərinin icrasına başlayacaq

Əfqanıstanın yeni seçilmiş prezidenti Əşrəf Qəni bu gün and içəcək.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, təntənəli inauqurasiya mərasimi paytaxt Kabildə keçiriləcək. Bu məqsədlə şəhərdə təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb. Andiçmə mərasiminə xeyli sayda ölkənin dövlət və hökumət başçıları dəvət ediliblər.

Əfqanıstanda prezident seçkilərinin ikinci turu iyunun 14-də baş tutmuşdu. Seçkilərdə namizədlər Abdulla Abdulla və Əşrəf Qəni bir-birini fırıldaqçılıqda ittiham edərək, səsvermənin nəticələrini tanımaqdan imtina etmişdilər.

3 aydan çox davam edən siyasi böhrandan sonra Abdulla Abdulla və Əşrəf Qəni milli birlik hökumətinin yaradılmasına və hakimiyyətin bölüşdürülməsinə dair razılığa gəlmişdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.