Dünya

ABŞ-ın İslam alimləri beynəlxalq ictimaiyətə müraciət etdilər

25 Sentyabr 2014 12:05
0 Şərh     Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər İŞİD-in törətdiyi zorakılıqların İslam dini ilə əlaqədar olmadığını nümayiş etdirməyə çalışıblar

Amerika Birləşmiş Ştatlarında 100-dən çox İslam alimi və dini liderlər İŞİD silahlılarının ideologiya kirliliyini üzə çıxarmaq üçün ərəbcə yazılmış açıq məktubla çıxış ediblər. Bu məqsədlə yaradılmış xüsusi qrupun tərkibi Amerika İslam Əlaqələri Şurası, Şimali Amerikanın Fiqh Şurası və digər qurumlardan nümayəndələr qatılıblar. Alimlər İslam qanunlarından əsaslar gətirərək İŞİD-in törətdiyi zorakılıqların İslam dini ilə əlaqədar olmadığını nümayiş etdirməyə çalışıbılar. Məktubun bütün dünya müsəlman alim və liderləri tərəfindən imzalanması üçün kampaniya başladılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Amerika üçün Vahid Səs təşkilatının rəhbəri Əhməd Bədiyə İslamda hər cür zorakılığın qadağan olunduğunu deyib:

"Onların törətdiyi əməllərin heç biri İslamla əlaqədar deyil. Bütün bu zorakılıqlar dinimizdə qadağan olunub".

Şimali Amerika Fiqh Şurasının sədri Müzəmmil Siddiqi isə dində cihadın müdafiə müharibəsi olduğunu deyib:

"İslamda günahsız insanları öldürmək və ya onlara işgəncə vermək qadağandır. İslamda casusları, səfirləri, diplomatları, jurnalistləri öldürmək qadağandır. İslamda Cihad müdafiə müharibəsidir".

Qrup üzvləri İŞİD-ə qarşı müharibə yolunun doğru olmadığını bildiriblər. Əhməd Bədiyə qeyd edib ki, Amerika hərbisi keçmişdə İraqı bombalayıb. Lakin bu kampaniyanın bir faydası olmayıb.

"Daha bir on illik bombalama əməliyyatları işə yaramayacaq. Problemin həlli üçün onun kökünü tapmaq lazımdır", - deyə Bədiyə əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.