Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anspress-in məlumatına görə, Səhiyyə Nazirliyi bildirib ki, testlər 13 nəfərin artıq vəfat etdiyi Ekvator kəndində aparılıb. Rəsmilərin sözlərinə görə, izolyasiya edilən rayonlarda ölüm halları qeydə alınıb. Hazırda həmin ərazidə karantin elan edilib.
Nazir onu da bildirib ki, KDR-dəki virus Qərbi Afrikada yayılmış epidemiya ilə əlaqəli deyil. KDR-də Ebola virusu ilk dəfə 1976-cı ildə tapılıb.
Hazırda Qərbi Afrikada virusun yayılma partlayışı yaşanır, Sierra-Leone, Liberiya, Qvineya və Nigeriyada 1400-ə qədər insan həlak olub.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qaraciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
"Zmapp" adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili inyeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən "Zmapp" vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.
Milli.Az
Ebola Konqoya çatdı
26 Avqust 2014 10:46
0 Şərh
Baxış: 1 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konqo Demokratik Respublikası (KDR) rəsmiləri ölkədə iki nəfərin Ebola virusu ilə qeydiyyata düşdüyünü bildirib.KDR-də Ebola virusuna yoluxanlar var
Anspress-in məlumatına görə, Səhiyyə Nazirliyi bildirib ki, testlər 13 nəfərin artıq vəfat etdiyi Ekvator kəndində aparılıb. Rəsmilərin sözlərinə görə, izolyasiya edilən rayonlarda ölüm halları qeydə alınıb. Hazırda həmin ərazidə karantin elan edilib.
Nazir onu da bildirib ki, KDR-dəki virus Qərbi Afrikada yayılmış epidemiya ilə əlaqəli deyil. KDR-də Ebola virusu ilk dəfə 1976-cı ildə tapılıb.
Hazırda Qərbi Afrikada virusun yayılma partlayışı yaşanır, Sierra-Leone, Liberiya, Qvineya və Nigeriyada 1400-ə qədər insan həlak olub.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qaraciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
"Zmapp" adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili inyeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən "Zmapp" vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





