Dünya

Azərbaycanlı milyarder yenidən həbs oluna bilər

18 Avqust 2014 13:40
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş adamı həbsdə olan Babək Zəncani ilə iş birliyində şübhəli bilinir

Türkiyədə fəaliyyət göstərən iş adamı Rza Zərrab və iranlı milyarder Babək Zəncaninin korrupusiya və qaçaqmalçılıq işləri ilə məşğul olmasına dair yeni sənədlər aşkarlanıb.

Anspress-in məlumatına görə, bunu iranlı millət vəkili Əmir Abbas Sultani deyib.

Sultani İranda nəşr olunan "Şərq" qəzetinə müsahibəsində bildirib ki, həmin sənədlər korrupusiya və qaçaqmalçılığa görə saxlanılan Babək Zəncani ilə Rza Zərrabın birgə fəaliyyət göstərməsini sübut edir.

Onun sözlərinə görə, bu yaxınlarda İran parlamentinin nümayəndə heyəti məsələni araşdırmaq üçün Türkiyəyə səfər edəcək. Sultani Ankarada İran nümayəndə heyətinin kimlərlə görüşəcəyi barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, iranlı milyarder Babək Zəncani keçən il dekabrın 30-da korrupsiya və qaçaqmalçılıq, saxta sənədlər hazırlamaqda təqsirli bilinərək həbs edilib. Onun İran dövlətinə 2 milyard 350 milyon avro zərər vurduğu bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.