Dünya

Gürcüstanda daha bir nəfər qorxulu xəstəliyə tutulub

18 Avqust 2014 13:55
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb

Trend-in məlumatına görə, xəstəliyin əlaməti bir həftə əvvəl yerli sakinlərin birində tapılıb.

Bölgədə xəstəliyə qarşı vaksinasiya aparılır. Bu ilin aprelində Gürcüstanda bu xəstəlikdən 2 nəfər ölmüşdü. Ölkənin Xaşuri rayonunda sayca 13-cü virusa yoluxma halı qeydə alınıb.

Həkimlərin sözlərinə görə, xəstəlik insan həyatı üçün təhlükədir, lakin vaxtında aşkar edilərsə, xəstəni xilas etmək olar.

Hazırda Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasında 5 nəfər bu xəstəlikdən müalicə olunur, onlardan biri 6 yaşlı qız uşağıdır.

Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Milli Nəzarət Mərkəzindən bilririblər ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurmur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.