Türkiyəli məşhur müğənninin ölüm xəbəri yayılıb.
Anspress-in məlumatına görə, Türkiyədə fərqli səs tembri və üslubu ilə seçilən məşhur müğənni Cem Adrianın ötən gün gecə saatlarına avtomobil qəzasına düşdüyü və qəza nəticəsində dünyasını dəyişdiyi barədə xəbər yayılıb.
"Twitter" mikobloqunda "Allah Rahmet Eylesin CemAdrian" heşteqi gündəmdəki mövzular siyahısına girib. Bütün pərəstişkarları şok yaşayıb və xəbərin doğru olmaması üçün dua ediblər. Bir müddət nə müğənnidən, nə də onun menecerindən heç bir məlumat verilməyib. Adriansevərlər sosial şəbəkədə, "Cem Adrian öldü?", "Cemə heç nə olmasın" kimi postlar paylaşıblar.
Lakin daha sonra Cem "Twitter" hesabından yazdığı tvitlə bütün şayiələrə son qoyub.
"Ölmək üçün bir az tezdir. İşsiz dostların xırda bir "zarafatı" olub bu. Sevgilər..." - yazaraq müğənni ölüm xəbərinin doğru olmadığını çatdırıb.
Müğənni ötən gün Manavqatda dinləyiciləri ilə görüşüb, canlı ifa sonrası pərəstişkarları ilə şəkillər çəkdirib.
Qeyd edək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. 7 oktavalıq səsi var. Fərqli səsinə görə "Dünyanın 8-ci möcüzəsi" hesab edilir. Oxuduğu janr - alternativ rok, caz, blyuz, a kapella, "new wave", elektronikadır. Musiqi həyatına 2003-cü ildən başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Gələcəkdə idman etmədən, yeyərək arıqlamaq mümkün ola bilər – Yeni araşdırma
- Sərbəst güləş yığmamız Avropa çempionu olub
- Gənc qalmağın sirri: 30 yaşdan sonra qəbul edilməli olan 3 əlavə
- Avropa çempionu: “Növbəti hədəf Los-Anceles Olimpiadasıdır”
- Ərdoğandan dəhşətli qəza ilə bağlı açıqlama
- Ən "gözəl" xəstəliyin adı açıqlandı: Gözlərdə sanki qalaktika parlayır
- Azərbaycan çempionu mükafatlandırılıb - VİDEO
- Qarın piylərindən xilas olmaq üçün 5 səhər yeməyi təklifi
- Erməni əsgər naməlum səbəbdən öldü
- Gündə bir dəqiqə bu idman hərəkətini etmək cinsi aktivliyi artırır
- “Qarabağ”ın sevinci - FOTOlarda
- "Remal" siklonu: Bir milyon insan evlərini tərk etdi
- Günün qoroskopu: Münaqişlərdən yayının, amma tək qalmağa çalışmayın
- Baş ağrısını və stresi azaldan soyuq çay RESEPTİ
- Səfirini çağıran Rusiya Ermənistana yardım təklif etdi
- Həmkarının çimərlik geyimindəki görüntüsünü müdafiə etdi
- Stoltenberq bu sözünə görə istefa versin - Salvini
- Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb
- Hamilə qadının stresi bətndəki körpəyə - necə təsir edir?
- "Qarabağ" klubu mükafatlandırıldı
- Bakıda tozun miqdarı kəskin artdı
- "Qalatasaray" 24-cü dəfə Türkiyə çempionu oldu
- "Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki..."
- Makrondan şok: Avropa ölə bilər