Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları və ən azı onun NATO-dakı bəzi müttəfiqləri Şimali Atlantika Alyansının dünyada qlobal rolunun artırılması üçün çalışdığı bir dövrdə, NATO-nun bir sıra Mərkəzi Avropa üzvləri daha çox köhnə düşmən olan Rusiyadan gələ biləcək mümkün təhlükələrdən narahatdırlar.
Ələlxüsus kiçik Baltika dövlətləri uzun müddətdir ki, Rusiya tərəfindən mümkün yeni təhdidlərə sinə gərmək məqsədilə NATO-nun önləmə planlaşdırma tədbirlərinə daxil olmaq üçün çalışırlar.
Bu ilin yanvar ayına aid olan bir məxfi teleqramın məzmunu təsdiq edir ki, "Keşikçi Qartal" (Eagle Guardian) adlı belə planlardan biri Polşanın gücləndirilməısi və müdafiəsini nəzərdə tuturdu. Və bu plan genişləndirilərək Estoniya, Litva və Latviyanı da əhatə etməli idi.
Lakin bu planlara dair bu və digər məxfi yazışmalardan aydın olur ki, Vaşinqton Moskvanı məyyus etməmək üçün və bir sıra həssas sahələrdə, ələlxüsus, İranla bağlı məsələlərdə Rusiyanın dəstəyini itirməmək üçün bu müdafiə planının geniş müzakirəsi və açıqlanmasını istəmirdi.
Daha bir başqa teleqramlar toplusunda hava hücumundan müdafiə sisteminin tərkib hissəsi kimi Patriot tipli raketlərin Polşada yerləşdirilməsi planları ilə bağlı Varşava və Vaşinqton arasında mövcud məyyusluğun dərəcəsi üzə çıxır.
Patriot raketləri Buş administrasiyasının daha geniş müdafiə planlarının dəstəklənməsi əvəzinə Varşavanın əldə edəcəyi əsas qazanc olacaqdı. Lakin tam işlək müdafiə sistemi və ona qulluq edən divizionlar əvəzinə polşalılar yalnız raketlərsiz raket buraxan qurğuları və simvolik sayda Amerika əsgərlərinə nail ola bildilər.
Bu vəziyyət Polşanı əməlli başlı pərt etmişdi. Bir yüksək rütbəli Polşa məmuru 2009-cu ilə aid məxfi teleqramında amerikalılara bildirmişdi ki, onun təbirincə, Polşa "dibçək bitkiləri" deyil, döyüşə hazır tam işlək raket sistemi əldə etməyi gözləyirdi.
Milli.Az
Dünya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qərb Baltika dövlətlərini Rusiyadan qoruyur
7 Dekabr 2010 09:35
Baxış: 477

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
-
Bu meyvələrdən yeyənlər gecələr erotik yuxular görür
-
Gəncədə zəncirvari yol qəzası oldu - xəsarət alanlar var
-
Günün qoroskopu: gözəl emosional bağ yarana bilər
-
"Süni intellektin insanlığı məhv etmə ehtimalı çox yüksəkdir"
-
"Ən böyük axmaqlıq gündə 3 dəfə yeməkdir" - Fuad Məcidov
-
Faciəvi şəkildə ölən tur rəhbərinin FOTOsu - YENİLƏNİB
-
Sənədsiz evlər problemi həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Bu saatlarda qarpız yemək olmaz
-
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı
-
Stresdən dəri xəstəlikləri yaranır - Professor
-
Sevgilisinə 4,2 milyon rublluq virtual qurbağa hədiyyə etdi
-
Qəzzada 169 nəfər aclıqdan öldü
-
Tramp Rusiyanı yenidən sanksiyalarla hədələdi
-
"The Rolling Stones"un üzvü vəfat etdi
-
Paltaryuyanda gizli düymə – Qoxudan, küfdən və toz qalıqlarından qurtulmağın sirri
-
Bakıda məşhur restoranda parkinqə görə müştəridən 40 manat ödəniş alındı - FOTO
-
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi
-
Azərbaycanlı milyarderə ağır zərbə
-
"Yeşilçam"ın aktyoru qocalar evində qalır - FOTO
-
Pul onlara doğru gəlir - Qarşıdakı 3 ayda karyera zirvəsi yaşayacaq 4 bürc
-
Bakıya işləməyə gələn kişi hündürlükdən yıxılıb öldü
-
Boksçumuz Almaniyada gümüş medal qazandı
-
Bu qidalar böyrəklərdə daş yaradır