Dünya

ABŞ səfirliyi : Vizaların verilməsi ilə bağlı yaranmış problem artıq həll olunmaq üzrədir - YENİLƏNİB

30 İyul 2014 17:13
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:13

"Vizaların verilməsi prosesinin dayandırılması qlobal texniki problemdir. Bu problem artıq həll olunmaq üzrədir".


APA-nın məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfirliyindən vizaların verilməsinin dayandırılmasını şərh edərkən bildiriblər.

Xatırladaq ki, vizaların verilməsinin dayandırılmasına səbəb kimi ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıq göstərilib.


----------
15:48

ABŞ bütün dünyada vizaların verilməsi prosesini dayandırıb


APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilir.

Vizaların verilməsi prosesinin dayandırılmasına səbəb kimi ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıq göstərilir.

"Bu problem qlobal xarakter daşıyır və hər hansı ölkədən ya viza kateqoriyasından asılı deyil", - deyə məlumatda vurğulanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.