Dünya

İhsanoğlu bunu da etdi - FOTO

30 İyul 2014 11:06
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentliyə namizəd rəqiblərinin sosial şəbəkədəki bayram təbrikini retweet edib

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkisinin namizədlərindən biri Ekmeleddin İhsanoğlu qəribə bir addım atıb.

Anspress-in xəbərinə görə, İhsanoğlu rəqibləri olan Rəcəb Tayyib Ərdoğan və Səlahəddin Demirtaşın, həmçinin indiki prezident Abdullah Gülün sosial şəbəkədə yazdığı bayram təbrikini öz səhifəsində (retweet) paylaşıb.

Ekmeleddin İhsanoğlu özü də Türkiyə xalqının bayramını təbrik edərək bununla bağlı videoçarx paylaşıb.

Xatırladaq ki, bir müddət əvvəl Ekmeleddin İhsanoğlu Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyası üçün 1 000 lirə yardım göndərmiş, bu yardım qəbul edilməmişdi.

Qeyd edək ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkisi keçiriləcək. İlk dəfə xalq səsverməsi ilə keçiriləcək seçkidə 3 namizəd - Rəcəb Tayyib Ərdoğan, Ekmeleddin İhsanoğlu və Selahaddin Demirtaş - iştirak edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.