Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Fitch Ratings” Azərbaycan İpoteka Fondunun reytinqini artırıb
27 Noyabr 2010 14:23
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Fondun internet saytına istinadən xəbər verir ki, İpoteka Fondunun kredit reytinqi Azərbaycanın ölkə reytinqinə bərabərləşdirilib ki, bu da ilk növbədə AİF-in dayanıqlı maliyyə vəziyyəti, sağlam kredit portfeli, yüksək ödəniş qabiliyyəti və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin sosial siyasətində əhəmiyyətli rola malik olmasının göstəricisidir. Yeni kredit reytinqinin alınması ipoteka kreditləri sisteminə davamlı dövlət dəstəyinin göstərilməsi, Fondda aktiv-passivlərin və risklərin idarə olunması sahəsində təkmil sistemin formalaşması, Fondun həyata keçirdiyi maliyyə əməliyyatlarının şəffaflığı və səmərəliliyinin artırılması və effektiv hesabatlılıq sisteminin qurulması nəticəsində mümkün olub.
"Fitch Ratings" agentliyinin məlumatında Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi AİF-in dövlət qurumu statusu, Mərkəzi Bankın Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rol oynaması ilə izah edilir. Eyni zamanda məlumatda qeyd edilir ki, Azərbaycanın ölkə reytinqinin dəyişməsi avtomatik olaraq Fondun da reytinqinin dəyişməsinə səbəb olacaq.
Hazırda AİF müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı şərtlərlə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə verilən ipoteka kreditlərinin sayı 6 minə çataraq 240 mln. manat təşkil edib.
Azərbaycan İpoteka Fonduna investisiya dərəcəli beynəlxalq kredit reytinqinin verilməsi gələcəkdə Fondun borclanma qabiliyyətinin daha da artmasına, Fondun beynəlxalq kapital bazarlarına çıxışına və bu bazarlarda sərfəli faiz dərəcələri ilə borc qiymətli kağızlarının yerləşdirməsinə zəmin yaradır. Bu da öz növbəsində növbəti illərdə də ölkədə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə, ipoteka kreditləşməsinin daha da genişləndirilməsinə münbit şərait yaradır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
"Almaniya yenə müharibə istəyir" - Sergey Lavrov
XƏBƏR LENTİ
-
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq
-
Bülənt Ərsoyun milyonluq boyunbağısı - (Foto)
-
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
-
Röya Ayxanın fotosessiyasından ilk kadrlar - (Video)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Mehriban Əliyeva ilə Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)
-
Kəmaləddin Heydərovdan 2 yüksək vəzifəyə təyinat - (Foto)
-
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - (Foto)
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: "Haqqınızı halal edin"