Dünya

Ərdoğan Kılıcdaroğlunun cərimələtdirdi

9 Aprel 2015 23:14
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 10 min lirə məbləğində cərimələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü ilin yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zamanı o zaman baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq Rəcəb Tayyib Ərdoğana dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.

CHP liderinin maraqlarını təmsil edən vəkil Camal Çelik Müəmmər Camaloğlunun çıxışının faktlara əsaslandırıldığını və ictimaiyyətin maraqlarına cavab verdiyini bildirib.

Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasını qismən təmin edilməsinə dair qərar verərək Kamal Kılıçdaroğlunu 10 min lirə məbləğində cərimələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.