Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan əmlakın daha sürətli qeydiyyata alınması prosesinə malik ölkələrin ilk onluğuna daxil olub
4 Noyabr 2010 15:16
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan əmlakın daha sürətlə qeydiyyata alınması prosesinə malik olan ilk on ölkədən biridir. Bu barədə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Doing Business 2011: sahibkarlıq şəraitinin yaxşılaşdırılması" birgə hesabatında deyilir. Hesabat www.doingbusiness.md saytında yerləşdirilib. Tədqiqata 183 ölkə cəlb olunub.
Məlumata görə, Azərbaycanda əmlakın qeydiyyata alınması üçün 11 gün ərzində cəmi 4 prosedurdan keçmək lazımdır ki, onların ümumi dəyəri əmlakın dəyərinin 0,2 faizini təşkil edir.
"Biznesin başlanğıcı" üzrə Azərbaycanın reytinqi 183 mövqedən 15-cidir. Hesabatda deyildiyi kimi, ölkədə biznesin qeydiyyata alınmasının günlərinin sayı 8, prosedurlarının sayı 6, dəyəri isə adambaşına düşən gəlirin 3,1 faizini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yanvar-sentyabr aylarında adambaşına düşən nominal gəlir 2016 manat təşkil edib.
Ölkə kreditin alınması ilə bağlı göstərici üzrə 43-cü yeri tutur. "Doing Business" hesabatında bildirilir ki, Azərbaycan bu sahədəki kommunikasiya sistemini xeyli yaxşılaşdırıb. Ölkə "İnvestorların maraqlarının müdafiəsi" göstəricisi üzrə 20-ci yerdə, vergilərin ödənişi üzrə 2010-cu illə müqayisədə 5 bənd qalxaraq 103-cü yedə qərarlaşıb. Hesabatda deyildiyi kimi, Azərbaycan 2007-ci ildə ƏDV-nin "online" ödənişi elektron sistemini tətbiq edib və 2009-cu ildə əmlak və torpaq vergisinin ödənilməsi zamanı onun tətbiqinə başlayıb.
Azərbaycan müqavilələrin yerinə yetirilməsinin təmin olunması göstəricisi üzrə 27-ci yeri tutub. Ölkə müqavilələrin yerinə yetirilməsini nisbətən daha tez, yəni 237 günə təmin edən ölkələr onluğuna daxil olub.
Ümumilikdə, Azərbaycan "Doing Business 2011" hesabatında sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 54-cü mövqedə qərarlaşıb.

/Trend/
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)