Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyada BMT nümayəndələrini yaraladılar
9 Fevral 2014 11:59
0 Şərh
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyanın Homs əyalətində yerli əhaliyə humanitar yardım aparan BMT nümayəndələri silahlı hücuma məruz qalıblar.
Anspress yazır ki, hücum nəticəsində biri nisbətən ağır olmaqla, azı 4 ilkin tibbi yardım işçisi yaralanıb. Silahlı hücum əməliyyatı döyüşlərin qızğın getdiyi bölgələrdən birində baş tutub. Silahlılar BMT nümayəndələrinin avtomobilinə atəş açıblar. Bununla belə, rəsmilər humanitar yardımı lazımi məntəqələrə çatdıra biliblər.
Bir qədər əvvəl Suriya hökuməti döyüşlərdən əziyyət çəkənlərə humanitar yardım edilməsi və mühasirədə olan 2500-dən çox suriyalının təxliyə edilməsi üçün 3 günlük atəşkəs elan etmişdi.
Atəşkəsin kim tərəfindən pozulduğu isə məlum deyil. Bununla belə müxalifət rəhbərliyi hücuma görə hökumət qüvvələrini günahlandırıb.
Hələb şəhərində isə hərbi hava qüvvələrinin üsyançılara qarşı əməliyyatlarında növbəti dəfə mülki yaşayış məntəqələri zərbələrə məruz qalıblar. Aviazərbələrdən biri azı 15 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya məsələsi ilə əlaqədar amerikalı həmkarı Con Kerri ilə telefon bağlantısı yaradıb. Tərəflər sabah keçiriləcək "Cenevrə - 2" danışıqlarının növbəti mərhələsi ilə bağlı müzakirələr aparıblar. Rusiya xarici işlər nazirliyindən verilən məlumata görə, telefon danışığı Amerika hökumətinin təşəbbüsü ilə baş tutub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
Almaniya yenə müharibə istəyir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb