Dünya

Ərdoğan: "Türkiyə demokratiya təhlükə altındadır"

14 Yanvar 2014 17:00
0 Şərh     Baxış: 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Türkiyə demokratiya təhlükə altındadır"

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə antikorrupsiya adı altında aparılan əməliyyatlar təkcə hakim partiyaya deyil, həm də bütün ölkəyə qarşı yönəldilib: "Hökuməti zəiflətmək istəyən qruplaşmaların fəaliyyəti dayandırılmasa, bu hərəkətlər gələcəkdə təkrarlanacaq".

Baş nazir qeyd edib ki, Türkiyədə baş verən hadisələr çevrilişdir və martda keçiriləcək bələdiyyə seçkilərinin pozulmasına yönəldilib: "Türkiyə bu problemlərin öhdəsindən gələcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.