Dünya

Gürcüstan hava məkanını Rusiya hərbi təyyarələri üçün açır

14 Yanvar 2014 15:32
0 Şərh     Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq

APA-nın məlumatına görə, bu barədə "Kviris palitra" qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib.

Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və "İl-76" hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.

İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar.

Rusiya hərbi təyyarələrinin Gürcüstan hava məkanından bu uçuşu 2008-ci ilin avqustundan sonra həyata keçirilən ilk uçuş olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.