Dünya

Ermənistanın Milli Təhlükəsizlik Xidməti hökumətdən milyonlarla pul istəyir

14 Yanvar 2014 14:41
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Qorik Akopyan ölkə hökumətindən 36,1 milyon dram (təxminən 90 min dollar) vəsait istəyir.

Trend-in məlumatına görə, bu barədə Epress.am saytı "Aykakan jamanak" qəzetinə istinadən xəbər verir.

Akopyanın sözlərinə görə, bu məbləğ Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasının, eləcə də Ermənistanın dəmiryolu ilə sərhəd qoşunlarının dövlətlərarası hərbi daşımalarının xərclərini və göstərilən xidmətlərə görə xərcləri ödəyir. Bundan başqa, MTX "Cənubi Qafqaz Dəmiryolu" MMC-yə yuxarıda göstərilən məbləğdə yığılan borcunu ödəməlidir.

Qəzet yazır ki, məsələ hökumətin yanvarın 16-da keçirilən iclasında müzakirə olunacaq. Hökumət dəstəklənəcəyi halda MTX rəhbərinin tələb etdiyi məbləği Ehtiyat Fonddan ödəməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.