Dünya

Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi

14 Yanvar 2014 11:12
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güclü qar yağması ilə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomagistralının 135-156-cı kilometrliyində (Çumateleti-Xunevi) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Digər avtomobil vasitələrinin hərəkəti sərbəstdir.

Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Mleta-Kobi hissəsində yolun buz bağlaması nəticəsində iki və daha çox aparıcı oxu olan maşınların hərəkətinə icazə verilir, qalan nəqliyyat vasitələrinin hərəkəti yalnız xüsusi zəncirlər olduğu halda mümkündür.

Quduari-Kobi hissəsində nəqliyyatın hərəkəti qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçirilir. Hərəkəti patrul polisi nizamlayır.

Ölkənin digər yollarında hərəkətlə bağlı məhdudiyyətlər yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.