Dünya

İran və BAEA arasında danışıqlar təxirə salındı

14 Yanvar 2014 10:50
0 Şərh     Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 21-də İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri arasında keçirilməsi planlaşdırılan danışıqların vaxtı dəyişdirilib.

Bunu İranın BAEA-dakı nümayəndəsi Rza Nəcəfi deyib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Nəcəfi bildirib ki, İran və 5+1 ölkələri arasında Cenevrədə əldə olunmuş razılığın icrasına yanvarın 20-dən başlanılacaq və elə bu səbəbdən danışıqların növbəti raundu fevralın 8-də Tehranda keçiriləcək.

Qeyd edək ki, bundan öncə İran və BAEA nümayəndələri arasında danışıqlar 2013-cü ilin dekabr ayında keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.