Dünya

Əhməd Davudoğlu: "Türkiyə diplomatiyası ASALA terror təşkilatından çox əziyyət çəkib"

14 Yanvar 2014 10:13
0 Şərh     Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə diplomatiyasının ASALA (Armenian Secret Army for the Liberation of Armenia - Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) erməni terror təşkilatından çox əziyyət çəkdiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Doğan" agentliyi xəbər verib.

XİN rəhbəri onu da qeyd edib ki, ASALA-nın terror fəaliyyəti nəticəsində çoxlu sayda türk diplomat şəhid edilib.

ASALA-nı "şərəfsiz" adlandıran Davudoğlu qeyd edib ki, terror təşkilatının nə etməsindən asılı olmayaraq, türk diplomatiyası dünyanın hər yerində fəaliyyət göstərəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.