Suriyada atəşkəs mümkün olacaqmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Suriyada atəşkəsə nail olmaq mümkündür. Hələb şəhərindən başlayaraq ən azından bəzi yerlərdə döyüşləri dayandırmaq olar".ABŞ dövlət katibi C.Kerri Fransada rusiyalı həmkarı Lavrov və BMT-nin Suriya böhranı üzrə xüsusi səfiri Brahiminin iştirakı ilə keçirilən görüşdən sonra bu cür açıqlama verib
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə rusiyalı həmkarı Sergey Lavrov və BMT-nin Suriya böhranı üzrə xüsusi səfiri Ləhdar Brahiminin iştirakı ilə keçirilən görüşdən sonra bu cür açıqlama verib. Mətbuat konfransında çıxışı zamanı Kerri bildirib ki, atəşkəsə nail olmaq üçün Sergey Lavrovla birgə fəaliyyət göstərməkdə razılığa gəlib:
"Suriya müxalifəti Əsəd rejimi atəşkəs elan edəcəyi təqdirdə atəşi dayandıracağını bildirib. İran isə sülhə nail olmaq məqsədilə Cenevrədə əldə olunan razılaşmaya əsasən, keçid hökumətinin qurulması prosesinə başlamaq üçün hələ ki, hər hansı bir bəyanat səsləndirməyib. Məsələnin hərbi yolla həlli mümkün deyil. Qarşıdurmalar davam etdikcə, qalib tərəf ekstrimçilər olacaq. Sühə nail olmaq istəyən Rusiya və Amerika Birləşmiş Ştatları isə məğlub tərəf olacaq".
Lavrov, həmçinin çıxışı zamanı Suriya hökumətinin mühasirədə qalmış ərazilərə humanitar yardım edilməsi üçün koridor açılmasına razı olduğunu qeyd edib:
"Cenevrə - 2 konfransından əvvəl mümkün olan addımları atacağıq. Suriyada tərəflər arasında atəşkəs elan olunması barədə hər kəsi məlumatlandıracağıq. Ən azından mülkilər də daxil olmaqla əsirlərin dəyişdirilməsi üçün məhdud məkan çərçivəsində də olsa, bu vacibdir. Hazırda mühasirə vəziyyətinə düşmüş insanlara humanitar yardım çatdırılması üçün əlimizdən gələni edirik".
Suriyada sülhə nail olmaq məqsədilə Qərb ölkələrinin də iştirakı ilə yanvar ayının 22-də İsveçrənin Cenevrə şəhərində görüş keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





