Dünya

Roma papası Harli Devidson motosikletini satır - FOTO

14 Yanvar 2014 12:49
0 Şərh     Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Roma papası Fransiskin "Harli Devidson" markalı motosikletə sahib olması nə qədər qəribə səslənsə də, bu belədir.

Əslində, papanın baykerliklə heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, şirkət bir müddət əvvəl özünün 110 illiyi ilə əlaqədar papanı motosikletlə təltif edib. Pontifik isə bunun əvəzində yüzlərlə "Harli Devidson" pərəstişkarına xeyir-dua verib.

Lakin papa ötən gün xeyriyyə məqsədilə motosikleti və "Harli" gödəkcəsini hərraca çıxaracağını açıqlayıb. Hər iki "Harli" məhsulunun ilkin qiyməti hələlik məlum deyil.

Papanın sözlərinə görə, hərracdan əldə olunan gəlir evsiz insanlara xərclənəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.