Dünya

İsgəndəri o öldürdü

14 Yanvar 2014 14:59
0 Şərh     Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Otaqo Universitetinin alimlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, sərkərdə ağ asırqalla zəhərlənib

Düz 2 min ildən sonra Otaqo Universitetinin alimləri Makedoniyalı İsgəndərin ölüm sirrini açıblar.

Anspress "Mail Online"ın son sayına istinadən bildirir ki, bu barədə toksikoloq Lev Şep məlumat verib.

Onun fikrincə, zəhər ziyansız bitki növündən hazırlanmış şərabda ola bilərdi. Bu toksikoloji məlumatların tədqiqi ilə 10 ildən artıqdır ki, məşğul olan doktor Şep düşünür ki, mərgümüş və strixnin kimi maddələrlə zəhərlənmə versiyaları doğru deyil, çünki ölüm ani baş verməli idi.

Amma Şepin Otaqo Universitetindən olan doktor Pet Uitli ilə birlikdə apardığı tədqiqat nəticəsində məlum olub ki, sərkərdə böyük ehtimalla ağ asırqalla zəhərlənib. Bitkinin ağ çiçəkləri şəraba əlavə edilə bilərdi. Bu üsul qədim yunanlara məlum idi və təbiblər tərəfindən geniş istifadə edilib. Bu cür zəhər uzun müddətli ölümə səbəb olur. Burası məlumdur ki, İsgəndərin ölümü 12 gün çəkib. Şep düşünür ki, ağ asırqal şəraba qıcqırma zamanı əlavə edilib, sonra isə sərkərdəyə verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.