Dünya

Rusiya yenidən saatı çəkir

14 Yanvar 2014 09:17
0 Şərh     Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya yenidən qış vaxtına qayıdır.

APA-nın verdiyi xəbərə görə, bu barədə "İzvestiya" qəzetinə  hökumətdəki mənbələrdən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, hazırda qış vaxtına keçmək çox çətindir: "Çünki artıq dünya telekompaniyaları Soçidə keçiriləcək Olimpiya oyunları ilə bağlı yayım setkasını müəyyən ediblər və reklam müqavilələri bağlayıblar".  
 
"İzvestiya" qəzetinin mənbəsi onu da bildirib ki, yazda Rusiya vətəndaşları əlavə bir saat artıq yatacaqlar. Onun sözlərinə görə, hökumətin qərarı ilə saatın əqrəbləri bir saat geriyə çəkiləcək.

Qeyd edək ki, Rusiyada qış vaxtının ləğv edilməsi ilə bağlı qərar 2011-ci ildə hazırkı baş nazir Dmitri Medvedevin prezidentliyi dövründə verilib. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.