Dünya

Çexiya prezidentinin qızı porno qalmaqalda - FOTO - VİDEO

10 Oktyabr 2013 12:58
0 Şərh     Baxış: 10 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çexiya prezidenti Miloş Zemanın qızı, 19 yaşlı Katerina Zemanova ilə bağlı böyük qalmaqal qopub.

Ölkə paytaxtı Praqadakı gecə klublarından birində keçirilmiş striptiz-şou və dansinq zamanı oraya toplaşmış şəxslər soyunublar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, klubda olan gənc qadınların bir neçəsi yarıçılpaq striptizçi kişilərlə cinsi əlaqəyə giriblər.

Biabırçılıq və əxlaqsızlığın baş alıb getdiyi bu "əyləncə"də çəkilən, pornoqrafiyanı xatırladan fotolar və video internetdə yayılıb.

Fotolardan bir neçəsində vəcdə gəlmiş Katerina Zemanovanın olduğu da iddia edilir.

Bir fotoda o, cinsi əlaqəyə girən adamların yanında oturub gülür, digər fotolarda isə çılpaq kişi ilə qucaqlaşıb.

Fotolar və video internetdə yayılandan sonra Katerina Zemanova görüntülərin montaj olduğunu deyib.

"Həmin gecə klubunda olmamışam, porno əyləncəyə qatılmamışam. Bütün bunlar rüsvayçı yalanlar, puç iddialar, iyrənc montajdır. Fotolarda və videolarda görünən sarışın qadının mənim olduğumu deyənlər çox böyük səhv edirlər", - Katerina Zemanovanın açıqlamasında bildirilir.

Çexiyadakı xəbər saytları isə fotolar və videodakı ağ köynəkli, çox qısa qara mini-yubkadakı qadının Katerina Zemanova olub-olmadığını müzakirə edirlər.

Həmin fotoları və videonu ilk yaymış Extra.cz- saytının redaktoru Pavel Novotnı deyir: "Görüntülərdəki qadının Katerina Zemanova olduğuna dərin şübhəm var. O qadın Katerinaya çox bənzəyir. Amma o deyil".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.






Fotolar: Daily Mail
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.