Ameri bildirib ki, Hüquq və Kompeter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin də sayı çoxdur: "Hüquq ixtisası üzrə 170 min nəfər, kompüter mühəndisliyi ixtisası üzrə isə 100 min tələbə universitetlərdə təhsil alır".
Onun sözlərinə görə, cari ildə İranda universitetlərə ümumilikdə 4 milyon 400 min tələbə qəbul olunub. Ameri bildirib ki, onlar ölkə üzrə 2500 ali təhsil müəssisəsində təhsil alırlar.
O qeyd edib ki, ali məktəbə qəbul olmuş tələbələrin çoxu Tehran, İsfahan və Rəzəvi Xorasan vilayətlərinin universitetlərində təhsil alır:
"Tələbələrin 16,6 faizi (710 min) Tehran, 7,25 faizi (310 min) İsfahan və 6,1 faizi (260 min ) Rəzəvi Xorasan vilayətində təhsil alır".
O bildirib ki, vilayət universitetləri arasında ən az tələbə Şimali Xorasan vilayətinin universitetlərində təhsil alır. Onların sayı 42 min nəfərdir.
Milli.Az