Dünya

Aclıqdan pişik əti yedilər

14 Yanvar 2014 11:49
1 Şərh     Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyanın paytaxtı Dəməşqdəki Yermuk qaçqın düşərgəsində aclıqdan pişik əti yemək məcburiyyətində qalan 7 nəfərlik ailə zəhərlənib.


Milli.Az AHT-yə istinadən bildirir ki, Suriya İnqilab Şurasından verilən məlumata görə, 20 mindən artıq qaçqının yaşadığı, "sakin"lərinin əksəriyyətinin fələstinlilər olduğu Yermuk düşərgəsində aclıq və səfalət hökm sürür. Fələstinli Akil ailəsi acından pişik əti yeyəndən sonra düşərgədəki Fələstin Xəstəxanasına aparılıb.


Düşərgəyə ərzaq məhsulları və dərman preparatlarının daşınmasına çətinliklər yaradıldığından oradakı insanlar zillətlə qarşılaşıblar.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.