Dünya

Dəli və silahlı: 3 ölü, 4 yaralı - VİDEO - FOTO

27 Aprel 2013 09:49
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Le Monde-a istinadən bildirir ki, 19 yaşlı cinayətkarın atəş açması nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Əqli sapmaları və psixi xəstəlikləri olan Karl R. adlı gəncin qətlə yetirdikləri şəxslər küçədən keçən 35-40 yaşlı iki nəfər və 60 yaşlı sürücüdür.

Le Figaro bildirir ki, ilkin məlumatlara görə, polis Karl R.-ni yaxalayanda o, müqavimət göstərməyib. Cinayət yerinin yanındakı arxda "Kalaşnikov" avtomatı tapılıb.

Karl R.-in dediyinə görə, "Əl Qaida" terror təşkilatının teraktları təki aksiyanı gerçəkləşdirmək istəyib. Əvvəllər qanunsuz silah saxlamaq üstündə polis qeydiyyatına alınmış Karl R. "Əl Qaida" üzvü olduğunu deyib.

O, "Kalaşnikov" avtomatını internetdə sifariş verib. Fransada odlu silahlar satışı məhdudlaşdırılsa da, avtomat və ya tapança almaq istəyənlər silahı Belçika, Almaniya və ya İspaniyadan sifariş verirlər.

Polis Parisdə 24 yaşlı Nikolya M.-i həbs edib.
İlkin məlumatlara görə, məhz o, Karl R.-yə İstr şəhərində terakt gerçəkləşdirməyi tapşırıb.
Fransanın DİN başçısı Manuel Vall İstr şəhərinə yollanaraq, olay yerində olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Fotolar: Le Monde, Le Figaro
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.