Dünya

Moskvada tutulan avtoritetlərdən biri tanınmış teleaparıcının atası imiş - VİDEO - FOTO

26 Fevral 2013 12:31
0 Şərh     Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tanınmış rusiyalı teleaparıcı Kseniya Borodinanın atası Kim Amoyev də kriminal "sxodka"ya yığışan avtoritetlər arasında imiş. Milli.Az Life News-a istinadən xəbər verir ki, Ded Hasanın ölümündən sonra başsız qalmış kriminal qruplaşmanın "sxodka"sı bu yaxınlarda Rusiya paytaxtındakı "Korston" mehmanxanasında keçirilirdi.

Polis digər "oğru"larla yanaşı, Amoyevi də saxlayaraq polis bölməsinə gətirib. Onun əl izləri götürülüb və hansısa cinayətdə əli olub-olmadığı yoxlanılıb.  

Bir neçə saat çəkən sorğu-sualdan sonra o sərbəst buraxılıb.

Amoyevin Ded Hasanla uzaq qohum olduğu deyilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.












Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.