Dünya

113 yaşlı nənə: "Dünyanın ən qoca cırtdanıyam" - FOTO

27 Oktyabr 2012 10:06
0 Şərh     Baxış: 2 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Onun dediyinə görə, dünyanın ən yaşlı cırtdan qadınıdır.

Zinət Biyə verilmiş rəsmi yaş kağızında onun 101 yaşı olduğu deyilsə də, nənə kağızda göstərilən yaşdan 12 il böyük olduğunu iddia edir.
Boyu cəmi 1 metr olan Bi bu səbəbdən özünü dünyanın ən yaşlı cırtdanı sayır.

Milli.Az Asia Times-a istinadən bildirir ki, hazırda dünyanın ən qoca cırtdanı 74 yaşlı Louell Deforest Meysondur. Onun adı fevral ayında Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Zinət Binin yanına yollanmış professorlar Əmir MəhbubRza Duraninin dediklərinə görə, bu balaca qadının yaşı həqiqətən də 100-dən artıqdır.
Durani indi Zinət Binin yaşını dəqiqləşdirməklə məşğul olduqlarını deyib.

Zinət Binin arzuları da var.
"Həcc ziyarətinə yollanmaq, sonra da məşhur aktyor Salman Xanla görüşmək istəyirəm. Sonra rahat ölə bilərəm", - Zinət nənə deyib.

O, Hindistanın hələ Britaniya müstəmləkəsi olduğu vaxtları, ölkənin nəvablar tərəfindən idarə edildiyi zamanları yaxşı xatırladığını vurğulayıb.

"O qədər qocayam ki, bu şəhərin mənimlə birlikdə böyüdüyünü, yaşlandığını deyə bilərəm. Yeniyetməlik zamanlarımda hər tərəf cəngəllik idi. Hara baxırdın, ağaclar idi. İndisə hər tərəf hündür binalardır", - Zinət Bi deyib.

Orqanizmində kalsium çatışmazlığı və gözlərindəki kataraktaya rəğmən, Bi şikayətlənmir. Onun yeganə gəlir mənbəyi isə ayda 275 rupi, yəni 6 dollar məbləğində təqaüddür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Fotolar: Barcroft İndia
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.