Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şengen bölgəsinə səfər edən milyonlarla sərnişinə təsir edən yeni sərhəd sistemi ilə bağlı mühüm mərhələ başa çatır. Avropa İttifaqının tətbiq etdiyi Giriş-Çıxış Sistemində (EES) sıx sərhəd keçidlərinin qarşısını almaq üçün nəzərdə tutulan müvəqqəti çeviklik sentyabrın 6-da başa çatacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, EES Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn sərnişinlərin Şengen bölgəsinə giriş və çıxışlarını rəqəmsal şəkildə qeyd edir.
Aprelin 10-da qüvvəyə minən sistem çərçivəsində sərnişinlərin şəxsi məlumatları ilə yanaşı, üz şəkilləri və barmaq izləri də sistemə daxil edilir. Sistem İrlandiya və Kiprdən başqa Aİ ölkələrində, eləcə də, İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçdə tətbiq olunur.
Sərnişinlərin biometrik məlumatları ilk giriş zamanı sistemə daxil ediləcək. Qısamüddətli Şengen vizası olan şəxslərin barmaq izlərinin yenidən götürülməsinə ehtiyac yoxdur, çünki bu məlumatlar viza müraciəti zamanı artıq qeydə alınıb.
12 yaşdan kiçik uşaqlar isə barmaq izi prosedurundan azaddır.
EES-in tətbiqindən sonra bəzi Avropa hava limanlarında sərhəd nəzarətində gözləmə müddətinin artdığı bildirilir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, sistemdən əvvəl 20-25 saniyə davam edən pasport nəzarəti proseduru EES-in tətbiqindən sonra orta hesabla 90 saniyəyə qədər uzanıb.
Bəzi böyük hava limanlarında da növbələrin artdığı qeyd olunur. Frankfurt Hava Limanında iyul ayında orta gözləmə müddəti 60 dəqiqədən 120 dəqiqəyə yüksəlib. Münhendə 31 dəqiqəlik gözləmə müddəti 60 dəqiqəyə, Amsterdam Hava Limanında isə maksimum gözləmə müddəti 80 dəqiqədən 120 dəqiqəyə çatıb.
Uzun növbələrin qarşısını almaq məqsədilə EES-in tətbiqində sərhəd keçid məntəqələri üçün müvəqqəti çeviklik tədbirləri görülüb. Bu müddət sentyabrın 6-da başa çatacaq.
IATA sıxlığın azaldılması üçün mövcud keçid müddətinin qış cədvəlinin sonuna qədər uzadılmasını istəyib. Təşkilat həmçinin texniki infrastrukturun gücləndirilməsini, avtomatlaşdırılmış sərhəd keçid məntəqələrinin sayının artırılmasını və kifayət qədər işçi heyətinin cəlb edilməsini vacib sayır.
Avropa Komissiyası sentyabrın 1-də bildirib ki, EES yay dövründə ümumilikdə fəaliyyət göstərib, lakin bəzi sərhəd keçid məntəqələrində əlavə tədbirlərə ehtiyac yaranıb.
EES sərnişinlərin Şengen bölgəsində icazə verilən qalma müddətinə əməl edib-etmədiyini də rəqəmsal şəkildə izləyəcək.
İcazə verilən müddəti aşan şəxslərlə bağlı məlumatlar sistemdə qeyd olunacaq. Şengen bölgəsinə girişi rədd edilən şəxslər üçün də elektron qeydlər yaradılacaq. Bu məlumatlar sonrakı sərhəd keçidlərində və mümkün viza müraciətlərində nəzərə alına bilər.
Sistemə daxil olan ölkələr bu məlumatlardan birgə istifadə edəcək. Diplomatlar, uzunmüddətli viza sahibləri və yaşayış icazəsi olan şəxslər də daxil olmaqla bəzi kateqoriyalar EES-in tətbiqindən azaddır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
XƏBƏR LENTİ
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
"Qarabağ"da gözlənilməz ayrılıq
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı





