Dünya

Tramp Putinlə görüş üçün şərtini açıqladı

3 Sentyabr 2026 10:06
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün Ukraynada sülh razılaşmasının əldə olunmasına real zəmin yarandığı mərhələdə keçirilməsini istəyir.

Milli.Az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, Moskva ilə münasibətlərin yaxşılaşdırılması ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyət daşıya bilər.

ABŞ lideri Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına yaxın bir vaxtda Putinlə görüşməyə üstünlük verdiyini deyib. Onun sözlərinə görə, belə bir görüşün daha erkən keçirilməsi də mümkündür, lakin hazırkı mərhələdə bunun doğru zaman olmadığını düşünür.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.