Blogger iflas edən aviaşirkət üçün 22 mln dollar topladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da yanacaq böhranı səbəbindən fəaliyyətini dayandıran aviaşirkəti xilas etmək üçün blogger milyonlarla dollar ianə toplayıb.
Milli.Az xəbər verir ki, bu barədə "İzvestia" nəşri məlumat yayıb.
Bildirilir ki, yutub platformasında fəaliyyət göstərən blogger "Spirit 2.0" adlı kampaniya başladaraq Spirit Airlines şirkətinin aktivlərini almağı hədəfləyib.
Məlumata görə, təşəbbüsün məqsədi aktivləri özəl investisiya şirkətlərindən əvvəl əldə edərək onu ictimai kooperativə çevirməkdir. Bloggerin sözlərinə görə, qısa müddətdə kampaniyaya maraq kəskin artıb və o, nahardan qayıdanda artıq 2.3 mln dollardan çox vəsait toplanmışdı. Böyük istifadəçi axını səbəbindən rəsmi sayt da qısa müddət sonra çöküb.
Qeyd olunur ki, sayt bağlanana qədər kampaniya çərçivəsində 36 605 nəfərdən ümumilikdə 22 816 377 dollar ianə yığılıb. Hazırda təşəbbüs müəllifi sövdələşməni yekunlaşdırmaq və vəsaitlərin taleyini həll etmək üzərində çalışır.
Xatırladaq ki, ABŞ-ın ən böyük loukosterlərindən biri olan Spirit Airlines mayın 1-dən 2-nə keçən gecə bütün reyslərini ləğv edərək fəaliyyətini dayandırıb. Şirkətin bağlanmasına səbəb kimi İranda müharibə fonunda yanacaq qiymətlərinin artması nəticəsində yaranan maliyyə çətinlikləri göstərilir.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünən bişirilən yeməyi bu gün yemək olarmı?
-
Evdə tək qalanda insanların ən çox qorxduğu 5 hadisə
-
"Yeşil çam"ın məşhur aktyoru illər sonra - (Video)
-
Gəlinin toy libası bəyə həyatının şokunu yaşatdı - (Video)
-
Həftə sonunun ən şanslı 3 bürcü
-
Sobada ətli kartof kolbasası resepti
-
Şəmkirdə vəzifəli şəxs öldü
-
Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi
-
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
-
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Çağatay evlənir? - Sevgilisi danışdı
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
“Qalatasaray”ın baş məşqçisi derbiyə buraxılmayacaq
-
Dünyaşöhrətli zərgər Bulqari vəfat edib
-
“Login” sözünün maraqlı tarixi
-
Sevinc Maniyeva vəfat etdi
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Ağdamda itlər məktəbli qıza hücum edib





