Dünya

"Onların rəhbərliyi artıq yoxdur, hərbi-dəniz və hava qüvvələri məhv edilib"

22 Mart 2026 10:46
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməkdə maraqlı olmadığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

"Onların rəhbərliyi artıq yoxdur, hərbi-dəniz və hava qüvvələri məhv edilib, demək olar ki, müdafiələri qalmayıb və indi razılaşma istəyirlər. Mən isə istəmirəm", - deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Vaşinqton İrana qarşı məqsədlərinə nail olub:

"ABŞ İranı yerlə-yeksan edib və buna baxmayaraq, bəzi analitiklər mənim məqsədlərimə çatmadığımı deyir. Bəli, mən buna nail oldum və hətta planlaşdırılandan daha tez", - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, bəzi media orqanları, o cümlədən "The New York Times" onun siyasətini düzgün qiymətləndirmir və tez-tez yanılır.  /APA 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.