Dünya

Çində güclü partlayış: Ölənlər var

7 Fevral 2026 13:10
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin şimalındakı Şantsi əyalətində "Tsyapen" biotexnologiya şirkətinin sexində partlayış baş verib.

Milli.Az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində beş nəfər ölüb.

Əyalət hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər qapalı vəziyyətdə çarəsiz qalmış beş işçini aşkar ediblər və onların həlak olduğu müəyyənləşib.

Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.