Dünya

“İran razılaşma əldə etmək istəyir”

7 Fevral 2026 11:26
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət nəticə verdiyini və Tehranın sazişə hazır olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

ABŞ lideri bildirib ki, Vaşinqton İranla məhsuldar müzakirələr aparıb:
"İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, onlar saziş bağlamağı çox istəyirlər", - deyə Tramp vurğulayıb.

Prezident eyni zamanda qeyd edib ki, İran istiqamətində əhəmiyyətli hərbi qüvvələr cəmləşdirilir.
"Böyük donanmamız bu bölgəyə doğru hərəkət edir və tezliklə orada olacaq. Görək nəticə nə olacaq", - deyə o əlavə edib.

Tramp mümkün razılaşmanın əsas şərtini də açıqlayıb:
"Ən vacib məqam odur ki, İranın nüvə silahı olmamalıdır. Əgər bu sazişi iki il əvvəl bağlamaq mümkün olsaydı, edərdik. O vaxt istəmirdilər, indi isə istəyirlər".

ABŞ prezidenti tərəflər arasında danışıqların növbəti raundunun gələn həftənin əvvəlində keçirilə biləcəyini də bildirib:
"Onlar saziş bağlamaq istəyirlər və istəməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.