İsrail "Rəfah" nəzarət-buraxılış məntəqəsini açıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" nəzarət-buraxılış məntəqəsi insanların hərəkəti üçün məhdud rejimdə yenidən açılıb.
Milli.Az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Misir tərəfi hər gün Qəzza zolağına daxil olmaq istəyən 50 sakinlə bağlı siyahını təqdim edəcək və təhlükəsizlik yoxlamasından sonra onların növbəti gün keçidinə icazə veriləcək. Eyni zamanda, Avropa nümayəndələri Qəzzanı tərk etmək istəyən 150 sakin və onların son təyinat məntəqəsi barədə məlumatları Misirə təqdim edəcək, Misir tərəfi isə bu müraciətləri təsdiqləyə və ya rədd edə biləcək.
Fevralın 1-də İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətlərin əlaqələndirilməsi üzrə idarəsi (COGAT) "Rəfah" keçid məntəqəsinin fevralın 2-də sakinlərin hər iki istiqamətdə məhdud hərəkəti üçün açılacağını bəyan edib. Bundan əvvəl İsrail hakimiyyəti keçidin fevralın 1-də açılacağını bildirmiş, giriş və çıxışın Misirlə koordinasiya əsasında, İsrailin təhlükəsizlik xidmətlərinin ilkin yoxlamasından sonra və Avropa İttifaqının missiyasının nəzarəti altında həyata keçiriləcəyini vurğulamışdı.
Qeyd edək ki, oxşar mexanizm "Rəfah" keçid məntəqəsinin əvvəlki açılışı zamanı, 2025-ci ilin yanvarında da tətbiq olunmuşdu.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək





