Tehrandan Trampa "Daha sərt cavab" xəbərdarlığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın İrana doğru böyük bir donanmanın hərəkət etdiyini açıqlamasından və "vaxt daralır, razılığa gəlin" təhdidindən sonra Tehrandan cavab geckməyib.
Milli.Az xəbər verir ki, İran tərəfi ABŞ-nin hər hansı hücumuna "tarixdə görülməmiş dərəcədə sərt" reaksiya verəcəyini bəyan edib.
İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, hazırda ölkənin prioriteti müzakirə deyil, müdafiəyə tam hazır olmaqdır: "Bizmizə hücum edilən hər bir bazanı və ya nöqtəni hədəf alacağıq. Amerikalılar bilirlər ki, cavabımız eyni gücdə olmayacaq. Düşmənin döyüş düzülüşünü nəzərə alaraq, prioritetimiz ölkəni müdafiəyə 200% hazır vəziyyətə gətirməkdir."
Donald Tramp İranı "masa arxasına" gəlməyə çağıraraq, əks halda daha böyük bir dağıntı ilə üzləşəcəklərini deyib: "Böyük bir donanma İrana doğru irəliləyir. Bu filonun başında 'Abraham Lincoln' təyyarə gəmisi dayanır. İran əvvəl də razılaşmadı və 'Gecə Çəkici' (Midnight Hammer) əməliyyatı reallaşdı; İran böyük dağıntıya uğradı. Növbəti hücum çox daha ağır olacaq."
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi yerdəyişmələri təsdiqləyib. İranın raket hücumlarından qorunmaq üçün bölgəyə əlavə Patriot və THAAD sistemləri göndərilib.
Zərbə gücünü artırmaq üçün bölgəyə 12 ədəd əlavə F-15E qırıcı təyyarəsi cəlb olunub.
Trampın İraqın daxili işlərinə müdaxilə edərək, Nuri əl-Maliki baş nazir seçilərsə yardımı kəsəcəyi barədə sözlərinə Malikidən sərt cavab gəlib. Maliki ABŞ-nin İraqın suverenliyinə müdaxiləsini rədd etdiyini bildirib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rusiya Kiyevə zərbələr endirdi: Ölən və yaralananlar var
-
Le Penin partiyasının qərargahında axtarış - Məxfi məlumatlar ötürülüb?
-
Gürcüstanda matəm elan olundu
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
XƏBƏR LENTİ
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Azerbaijan Fashion Week: moda və kino arasinda yaradici körpü
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)
-
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq
-
“Trendyol”da “Əfsanə günlər ” başlayır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
-
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
-
Rusiya Kiyevə zərbələr endirdi: Ölən və yaralananlar var





