ABŞ Ordusunun və Dəniz Piyadaları Korpusunun Xüsusi Təyinatlı Qüvvələrinin Venesuela ərazisində quru əməliyyatlarında iştirak etdiyi bildirilir.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda hökumət qüvvələri ilə desant bölmələri arasında silahlı toqquşmalar qeydə alınıb.
Məlumata görə, paytaxt ərazisində vəziyyət gərgin olaraq qalır, eyni zamanda hava hücumları da davam edir. ABŞ aviasiyasının Marakay şəhərində yerləşən "El Libertador" aviabazasına, eləcə də Marqatiya adasında yerləşən Venesuela hərbi obyektlərinə zərbələr endirdiyi bildirilib.
Hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.
Kənan
Milli.Az





