Yunanıstanın Zakintos adasında baş verən dəhşətli hadisə Britaniyalı ailəni yasa boğub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, ailənin uzun illərdir saxladığı pitbul bağçada oynayan iki yaşlı Leon Duliaya qəfil hücum edib. Tibbi müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Ailənin sözlərinə görə, it indiyədək aqressiya göstərməyib. Anası Robbie Deeth bildirib ki, pitbul Leona hər zaman mehriban davranıb: "Oğlumla oynayardı, üzünü yalayardı. Heç vaxt narahatlıq yaşamamışdıq".
Valideynlər çantalarını yerə qoymaq üçün evə girdikləri an uşaq bağçaya çıxıb və cəmi yarım dəqiqə ərzində ağır yaralanıb. Hücumun bircə dişləmə olduğu, lakin yaranın ölümcül nəticələndiyi deyilir.
Fidan
Milli.Az





