Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı rəsmi olaraq dayandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri, Qida Məhsulları və Tibbi Texnologiyaların Keyfiyyətinə Nəzarət üzrə Milli Agentliyi (ANMAT) məlumat yayıb.
Qurumun açıqlamasına görə, qərar istehlakçılar arasında diş məcunundan istifadədən sonra ağız boşluğunda qıcıqlanma, yanma, diş ətində şişkinlik və ağrı kimi simptomların artması ilə bağlı çoxsaylı şikayətlərə əsasən verilib.
Bildirilib ki, Braziliyada da hələ may ayında bu məhsulun satışına eyni səbəbdən qadağa qoyulub.
ANMAT vətəndaşlara sözügedən məhsuldan istifadə etməməyi və onun ticarət dövriyyəsindən çıxarılmasını təmin etməyi tövsiyə edib.
Milli.Az