Dünya

Ermənistanda deputatın oğlu saxlanıldı

10 İyul 2025 19:30
Baxış: 623
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb.

Milli.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Kristin Vardanyan öz Facebook hesabında məlumat yayıb.

O bildirib ki, saxlanılan şəxslərlə birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da İstintaq İdarəsinə yollanıb.

Qeyd edək ki, səhər saatlarında hüquq-mühafizə orqanları bir sıra Daşnaksütyun üzvlərinin evlərində axtarış aparıb. Axtarışlar Ermənistan parlamentinin deputatı Geqam Manukyanın, partiyanın ali orqanının aparat rəhbəri Vaaqn Matinyanın, Daşnaksütyun Gənclər Birliyinin mərkəzi idarə heyətinin sədri Gevorq Muradyanın və partiyanın İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyanın evlərində həyata keçirilib.

Arsen Martoyanın saxlanıldığı da bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.