Dünya

ABŞ-də silahlı şəxs kilsədə uşaqlara atəş açdı - VİDEO

23 İyun 2025 10:37
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hücum Miçiqan ştatında baş verib.

Ümumilikdə kilsədə təxminən 150 nəfər olub.

Bildirilir ki, hadisənin baş verdiyi vaxtda kilsədə şagirdlərə həsr olunmuş ibadət keçirilirmiş, buna görə də içəridə olanların əksəriyyəti uşaqlar olublar.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Hücum edən şəxs məhv edilib. Hadisə zamanı keşiş onu avtomobillə vurub, bu isə mühafizəçiyə onu zərərsizləşdirmək üçün imkan yaradıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.