Dünya

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı - FOTO

16 İyun 2025 10:30
Baxış: 1 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəngin çarəsini tapan həkimin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində "xərçəngin çarəsini tapdım" deyən və paylaşımında təhdidlər aldığını bildirən 58 yaşlı təqaüddə olan həkim Mustafa Savan Günayın evindən meyiti aşkarlanıb.

Hadisə Eskişehir şəhərinin Hoşnudiye məhəlləsində baş verib. Ondan 3 gündür xəbər ala bilməyən dostu vəziyyəti evin təmizlik işçisinə bildirib. Evin qapısı açılmadığı üçün polisə məlumat verilib. Polis çilingirlə birlikdə mənzilə daxil olub və Günayı yatağında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Təcili tibbi yardım onun həyatını itirdiyini təsdiqləyib. Meyit müayinə üçün morqa aparılıb. Onun ölüm səbəbi araşdırılır.

Mustafa Savan Günay sosial mediada paylaşdığı fikirlərlə diqqət çəkmişdi. O, "25 ildir xərçəng xəstəliyinin səbəbini araşdırıram. Artıq problemin 75 faizini həll etmişəm. Ömrüm çatsa, xərçəngin bütün növlərini birdəfəlik bitirəcəyəm" demişdi.

Paylaşımında bəzi dairələrdən təhdidlər aldığını da yazan Günay "Mən heç kimdən qorxmadım, qorxmayacağam. Üzərimə kim gəlsə, qarşılığını alacaq" ifadələrindən istifadə etmişdi. Onun müəmmalı ölümü ilə bağlı polis istintaqa başlayıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.